AZ

Şahbaz Şərif Trampın qərarınıALQIŞLADI

Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında “Azadlıq Layihəsi” əməliyyatının dayandırılması barədə qərarını müsbət qiymətləndirib.

Redaktor.az xəbər verir ki, Pakistanın baş naziri bu addımı regional sabitlik və diplomatik dialoqun güclənməsi baxımından mühüm fürsət adlandırıb.

Şərif bildirib ki, Trampın Pakistan və digər ölkələrin, xüsusilə də Səudiyyə Ərəbistanının müraciətlərinə verdiyi cavab “həssas dövrdə sülh və barışıq üçün yeni imkanlar yaradır”.

O, Pakistanın mövqeyini də bir daha açıqlayaraq, ölkənin münaqişələrin yalnız dialoq və diplomatiya yolu ilə həllini dəstəklədiyini vurğulayıb.

“Biz ümid edirik ki, bu dinamika davamlı sülh və sabitliyə gətirib çıxaracaq”, – deyə Şərif qeyd edib.

Siyasi ekspertlər hesab edirlər ki, regionda artan gərginlik fonunda belə bəyanatlar diplomatik kanalların açıq saxlanması baxımından əhəmiyyət daşıyır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
48
1
redaktor.az

2Mənbələr