Ermənistan parlament sədrinin çıxışı diplomatik gərginliyə səbəb olub...
Minsk İrəvanın “qeyri-dostane hərəkətlərini” sərt şəkildə pisləyib.
Poliqon xəbər verir ki, Belarus Xarici İşlər Nazirliyi Ermənistanın müvəqqəti işlər vəkili Sərgisyani çağıraraq, erməni tərəfinin “qeyri-dostane hərəkətləri” ilə bağlı rəsmi etirazını bildirib.
Etirazın səbəbi Ermənistan parlamentinin spikeri Alen Simonyanın çıxışı olub. Simonyan qeyd edib ki, Ermənistan “quberniyaya çevrilməməli və Belarus kimi idarə edilməməlidir”.
Ermənistan rəsmisinin bu açıqlamalarına cavab olaraq Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz Belarus nümayəndəsinin Avropa İttifaqı yanında çıxışını şərh edərkən Belarusu tənqid etdiyini bildirib. Daha sonra Belarus XİN-in rəsmi nümayəndəsi Varankov deyib ki, bu cür şərhlər “seçkiöncəsi populizm” və Ermənistanın daxili problemlərindən diqqəti yayındırmaq cəhdidir. O həmçinin vurğulayıb ki, Belarus öz xarici siyasətini və müttəfiqlik münasibətlərini, o cümlədən Rusiya ilə əməkdaşlığı müstəqil şəkildə müəyyən edir.
Poliqon.info