AZ

Son 20 ildə Azərbaycan xarici ölkələrdə 30 mlrd. dollardan çox yatırım edib Rəy

525.az saytına istinadən ain.az xəbər verir.

“İtaliyanın Baş Naziri Ciorcia Meloninin Azərbaycana səfəri mühim hadisədir, 2013-cü ildən bəri İtaliyanın Baş nazirləri ölkəmizə səfər etməmişdilər. Səfər zamanı maraqlı rəqəmlər açıqlandı – məlum oldu ki, son bir neçə ildə Azərbaycan İtaliyaya 3 mlrd. dollardan çox investisiya yatırıb. Ölkəmizin investor olması yaxıdır, amma, bəzi suallara da hökumət cavab versə, lap yaxşı olar. Son 20 ildə Azərbaycan xarici ölkələrdə 30 mlrd. dollardan çox yatırım edib. Təbii, ən böyük investisiya qardaş Türkiyəyə qoyulub – təqribən, 20 mlrd. dollar”.

İqtisadçı ekspert Natiq Cəfərli bunu 525.az-a açıqlamasında deyib. Ekspertin dediyinə görə,  hökumət üzvləri bu investisiyalar haqqında ciddi bir hesabat hazırlamalıdırlar, çünki suallar yaranır:

“Yatırılan 30 mlrd. dollarlıq investisiyalardan bu 20 il ərzində Azərbaycan Dövləti nə qədər dividend əldə edib? Bu və başqa suallara cavabın olması və statistik rəqəmlərlə göstərilməsi vacibdir”.

Sevinc Qarayeva  

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
525.az

1Mənbələr