AZ

“2018-ci ilə qədər Ermənistanın müstəqilliyi olmayıb” - Simonyan

“Ermənistanın öz maraqlarını güdməsi və Rusiyanın birdən əsəbiləşəcəyini görməsi məntiqi yanlışdır".

Missiya.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə müsahibəsi zamanı deyib.

"Bu doğru deyil, çünki Rusiya öz maraqlarını müdafiə edərkən Ermənistanın maraqlarını müdafiə edib-etməməsinə baxmır. Ermənistan öz siyasi istiqamətini təmin edir. Keçmişdə müharibə vəziyyətində olduğumuz zaman Rusiya hətta Azərbaycana silah satırdı", - deyə siyasətçi vurğulayıb.

Simonyan bildirib ki, heç kimlə düşmən olmadan kiçik dövlətimizi müdafiə etməyə çalışırıq:

“Əvvəllər də diz çökmüşük və prezident seçkilərimiz saxtakarlıqla keçirilib. 2018-ci ilə qədər müstəqilliyimiz olmayıb və 2020-ci ildən sonra, müttəfiq bizi heç olmasa tək qoyduqdan sonra başa düşdük ki, bunu etmək olmaz”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
18
missiya.az

1Mənbələr