AZ

BEGOC Biznes Mərkəzində qanvermə aksiyası təşkil olunub - FOTLAR

(®) Sosial məsuliyyət prinsiplərinə sadiq qalan FMG şirkətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu aksiya cəmiyyətin diqqətini bir daha qan xəstəliklərindən əziyyət çəkən şəxslərin problemlərinə yönəltməyi hədəfləyib.

“Qan ver, sevindir!” devizi altında baş tutan aksiyada FMG əməkdaşları ilə yanaşı, biznes mərkəzində fəaliyyət göstərən digər şirkətlərin nümayəndələri də böyük həvəslə iştirak ediblər. Aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən şəxslər üçün mütəmadi qan ehtiyatının formalaşdırılmasına dəstək olmaq və insanları bu kimi xeyriyyə təşəbbüslərinə daha aktiv qoşulmağa təşviq etmək olub.

Səhər saatlarından etibarən başlayan tədbirdə iştirak etmək istəyən donorlar əvvəlcə Səhiyyə Nazirliyi Respublika Qan Bankının ixtisaslı həkimləri tərəfindən tibbi müayinədən keçirilib. Onların sağlamlıq vəziyyəti diqqətlə yoxlanıldıqdan və qanverməyə uyğun olduqları təsdiqləndikdən sonra müvafiq tibbi qaydalara uyğun şəkildə qan götürülüb. Proses tam təhlükəsizlik və gigiyena normalarına riayət olunaraq həyata keçirilib. Toplanan qan nümunələri Qan Bankının laboratoriyasında yoxlandıqdan sonra talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, ölkənin aparıcı şirkətlərindən biri hesab olunan Facility Management Group (FMG) doqquz ildir ki, əmlak bazarında uğurla fəaliyyət göstərir. Ofis və yaşayış binalarının, biznes və ticarət mərkəzlərinin, eləcə də müxtəlif təyinatlı daşınmaz əmlakların peşəkar idarə olunmasını həyata keçirən FMG şirkəti müasir idarəetmə yanaşmaları və yüksək xidmət keyfiyyəti ilə seçilir.

FMG şirkətiFacility Management Group FMGqanvermə aksiyası BakıQan ver sevindir aksiyasıRespublika Qan BankıSəhiyyə Nazirliyi Azərbaycantalassemiya xəstələri üçün qandonor qanvermə aksiyasısosial məsuliyyət FMGxeyriyyə aksiyası Azərbaycanqan ehtiyatı formalaşdırılmasıBakı qanvermə tədbirişirkətlərin sosial layihələriFMG sosial məsuliyyət layihəsidonorluq aksiyası Azərbaycanqan xəstəlikləri müalicəsitibbi donor müayinəsiQan Bankı laboratoriyasıBakı biznes mərkəzi tədbiridaşınmaz əmlak idarəetməsi FMGfacility management company Azerbaijanbiznes mərkəzində sosial aksiyakorporativ sosial məsuliyyət AzərbaycanCSP donor kampaniyasıinsan sağlamlığı təşəbbüsləriFMG 9 illik fəaliyyətəmlak idarəetmə şirkəti Azərbaycan
Seçilən
14
2
marja.az

3Mənbələr