AZ

Cici Hadidin süni intellektlə yaradılan fotosu milyarder atasını yanıltdı

Fələstin mənşəli amerikalı milyarder Məhəmməd Hadid qızı Cici Hadidin süni intellekt tərəfindən hazırlanmış şəklini gerçək foto ilə qarışdırıb.

"Sabahinfo" xəbər verir ki,  Oxu.Az xəbər verir ki, bu barədə paylaşım biznesmenin "Instagram" hesabında yer alıb. Məhəmməd Hadid böyük qızının guya "Met Gala" xeyriyyə balında iştirak etdiyini əks etdirən və neyroşəbəkə vasitəsilə generasiya olunmuş kadrını yayımlayıb. Halbuki məşhur model həmin moda tədbirinə qatılsa da, tamamilə fərqli bir geyimdə olub.

"O, sanki muzeydəki bir rəsmdən çıxıb. Hadid üslubunda klassik bir an", - deyə milyarder paylaşımını şərh edib.

Cici

Seçilən
4
sabahinfo.az

1Mənbələr