AZ

Komitə sədri professoru direktor vəzifəsinə TƏYİN ETDİ

ain.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət Statistika Komitəsinin (DSK) Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinə yeni direktor təyin edilib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə DSK sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Rəşid Əliyev komitənin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsinə gətirilib. Toyuqlu pizza

Qeyd edək ki, Əliyev Rəşid Əvəzağa oğlu 1974-cü ildə Cəlilabad şəhərində olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1998-ci ildə fizika-riyaziyyat elmləri namizədi (fəlsəfə doktoru), 2017-ci ildə isə riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb.

2022-ci ildə professor elmi adı layiq görülüb.

1999-2022-ci illərdə Bakı Dövlət Universitetinin “Riyazi analiz” kafedrasında dosent vəzifəsində çalışıb.

R.Əliyev 2022-2026-cı illərdə həmin kafedranın müdiri vəzifəsini icra edib.

Xatırladaq ki, DSK-nin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin əvvəlki direktoru Mübariz Nuriyev olub. O, bir neçə gün əvvəl işdən çıxarılıb.

Nazim Hacıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
yenisabah.az

2Mənbələr