Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 8–10 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada “Böyük Dəbilqə” turniri keçiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, yarışda Azərbaycanın 7 çəki dərəcəsində 11 cüdoçusu (6 kişi, 5 qadın) mübarizə aparacaq. Onlara kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Dünya Cüdo Turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) qüvvəsini sınayacaq.
Azərbaycan millisinin heyəti isə belədir:
Kişilər
Qadınlar
"Cebheinfo.az"