AZ

16 ton artıq yüklənmiş KAMAZ 13 maşını əzdi

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskva dairəvi yolunda çox sayda avtomobilin iştirakı ilə qəza baş verib. 

Avtosfer.az xəbər verir ki, idarəetmədən çıxan yüklü KAMAZ tıxacda gözləyən 13 avtomobili əzib. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Sürücü ifadəsində bildirib ki, qəzaya tormozun sıradan çıxması səbəb olub. Lakin ekspertiza başqa faktı da ortaya çıxarıb. Kütlə ölçülərkən məlum olub ki, maşının kütləsi nə az, nə çox 40 840 kiloqramdır. Halbuki, KAMAZ-ın yüklə birlikdə yolverilən maksimal kütləsi 25 tonu keçməməlidir. Başqa sözlə, maşına 16 ton artıq yük vurulub. Bu da ciddi qayda pozuntusu və potensial riskdir.

Qeyd edək ki, ən etibarlı tormoz sistemi belə, bu qədər artıq yüklə maşını təhlükəsiz şəkildə dayandırmağa acizdir.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
avtosfer.az

1Mənbələr