ain.az bildirir, Qol.az portalına istinadən.
Simeone yenə qalmaqal yaratdı - Video
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən "Atletiko" - "Arsenal" cavab oyununda (0:1) qalmaqallı anlar yaşanıb.
QOL.az "Marca"ya istinadən xəbər verir ki, görüşün son dəqiqələrində meydanın kənarında gərginlik artıb.
London klubunun idman direktoru Andrea Berta 90+5-ci dəqiqədə baş hakim Daniel Siebertin əlavə etdiyi vaxta etiraz edib. O, jestlərlə referiyə vaxtı göstərərək narazılığını bildirib.
Bu isə Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeonein xoşuna gəlməyib. Simeone Berta ilə söz mübahisəsinə girib və onu itələyib. Hadisəyə hər iki komandanın nümayəndələri müdaxilə edərək tərəfləri sakitləşdiriblər.
View this post on Instagram
A post shared by Qol.az (@qolaz)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.