AZ

Bir gündə 70 cinayətin üstü açılıb

Mayın 5-də Azərbaycanda qeydə alınan 70 cinayətin üstü polis əməkdaşları tərəfindən açılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.


Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin edilib.


Axtarışda olan 179 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 153 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Gün ərzində narkotiklərlə əlaqəli 35 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 10 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.

Gülnar

Seçilən
16
2
anews.az

10Mənbələr