AZ

Hətta, sussan da sənə baxardım Yazıçıdan Rövşanəyə eşq etirafı

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Yazıçı Orxan Saffari tanınmış teleaparıcı Rövşanə Ağasəfqızına ünvanladığı təbrik postu ilə diqqət mərkəzinə düşüb. Müəllif aparıcının ad günü münasibətilə qələmə aldığı mətndə ona olan heyranlığını gizlətməyib.Demokrat.az xəbər verir ki, Orxan Saffari bu müraciətində Azərbaycan efir məkanında Rövşanə Ağasəfqızının xüsusi yerini və estetik çəkisini vurğulayıb. Yazıçı qeyd edib ki, efirlərdə yaşanan mövcud vəziyyətdə bu sima bir növ mənəvi sığınacaq rolunu oynayır. Müəllif aparıcının ekranlardakı təsir gücünü və peşəkarlığını yüksək qiymətləndirərək, onun hətta susqunluğunun belə böyük məna kəsb etdiyini bildirib.Yazıçı məktubunda hisslərini bu cür ifadə edib:“Azərbaycan efirində kimi görmək istəməzsən?” sualını versələr, səni deyərdim. Ona görə ki, olsaydı əlimdə, yaradardım tək adamın, yəni özümün baxacağım bir televiziya, bir başqa media, bir ayrı cür veriliş və özüm baxardım sənə. Hətta danışmasan da, belə lap uzun-uzun, mənalı-mənalı sussan da”.Orxan Saffari aparıcını Azərbaycan tamaşaçısı üçün həm uşaqlıq sevgisi, həm də gənclik sevdası adlandırıb:“Azərbaycan mediasının vəziyyətinin hamıya məlum olduğu dövrlərdə sən eyni zamanda estetik tutunacaqsan. Efirlərdən boylanan çirkinliklər içrə nə gözəlsən sən! Adam istəyir, ən böyük yalanları da sənin dilindən, simandan eşitsin və inansın. Şair demiş, sən yalan desən də inanıram mən”.Yazıçı həmçinin vurğulayıb ki, Rövşanə Ağasəfqızı Azərbaycan mediasında sözə sevgi və fikrə zəriflik qatan nadir qadınlardan biridir:“Ekranın o biri başından baxıb, bu biri başda adamın taleyinə yavaşca daxil olarsan. Sən efirin baş tacısan. Sən Azərbaycan efirindən boylanan bir şeir, nəğməsən. Nəğmə nədi? Ninnisən! Hamı görünmək üçün parlayanda, sən görünmədən də işıq saçmağın sirrini bilirsən”.Sonda müəllif "Ad günün mübarək, dünya efirinin gözəli!" sözləri ilə təbrikini yekunlaşdırıb.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
192
50
demokrat.az

10Mənbələr