ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 6 may, AZƏRTAC
“Caspian Agro Week” çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Asiya İnkişaf Bankının (ADB) birgə təşkilatçılığı ilə milli aqro-ərzaq gündəliyinə həsr olunmuş 5-ci Aqrobiznesin İnkişafı Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, forumun açılışında kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat çıxış edirlər.
Forum ərzaq təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təşviqi istiqamətində milli aqro-ərzaq sistemlərinin gücləndirilməsinə dair strateji yanaşmaların müzakirəsi məqsədilə nazirlər və yüksək səviyyəli rəsmilər üçün mühüm platforma təqdim edir.
Tədbir çərçivəsində rəqabətqabiliyyətliliyinin artırılması, ixrac imkanlarının genişləndirilməsi, habelə iqlim dəyişiklikləri və qlobal bazarlardakı dəyişkənlik fonunda dayanıqlığın gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilir. Müzakirələr çərçivəsində rəqəmsal transformasiya və süni intellektin dövlət xidmətlərini təkmilləşdirmək, məlumatlara əsaslanan qərarların qəbulunu asanlaşdırmaq və fermerlərin iqlimə davamlı kənd təsərrüfatına keçidini dəstəkləmək imkanları diqqət mərkəzində saxlanılır.
“Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü” ilə sinerji çərçivəsində forum aqro-ərzaq dəyərzəncirlərində dayanıqlı məhsuldarlığın və iqlimə davamlılığın artırılması məqsədilə süni intellekt əsaslı
texnologiyalardan istifadənin əhəmiyyətini vurğulayır.
Fotoqraf – Səfiyar Məcnun
Videooperator - Vüsal Tağıyev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.