AZ

Ağdamda daha bir sənaye məhsullarının istehsalı obyekti qurulacaq

ain.az bildirir, Marja.az portalına istinadən.

İşğaldan azad olunmuş ərazilərdə daha bir birgə müəssisənin qurulması planlaşdırılır.

Azərbaycan Belarusla maşınqayırma və müxtəlif təyinatlı sənaye məhsullarının istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edib.

Müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Belarus Respublikasının sənaye naziri Andrey Kuznetsov ilə keçirilən görüşdə aparılıb.

Bu çərçivədə Ağdam Sənaye Parkı ərazisində istehsal müəssisəsinin qurulması perspektivləri nəzərdən keçirilib.

Görüşdə Azərbaycan və Belarus iqtisadi əlaqələrinin cari vəziyyəti təhlil olunub, xüsusilə sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
6
marja.az

9Mənbələr