AZ

Şəhid Ziya Ağayevin xatirəsi anılıb

Yazını böyüt
Yazını kiçilt

Zirə Mədəniyyət Mərkəzində Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış Birinci Qarabağ müharibəsi şəhidi Ziya Ağayevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər. Tədbirin təşkilatçısı, şəhidin adını daşıyan nəvəsi Ziyad Ağayev çıxışı zamanı şəhidlərin xatirəsinin yaşadılmasının, onların keçdiyi şərəfli həyat yolunun gələcək nəsillərə çatdırılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Türk Dünyası Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və sosial-iqtisadi hüquqların müdafiəsi şöbəsinin müdiri Tural Süleymanov, Xəzər rayon Ziyalılar Şurasının sədri Təvəkkül Səlimov və Zirə Cümə məscidinin axundu Qədir Nəcəfzadə şəhidlərin qəhrəmanlığının xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb, belə anım mərasimlərinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, milli-mənəvi dəyərlərin təbliğində mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Tədbir bədii hissə ilə davam edib.

Seçilən
2
19
hafta.az

10Mənbələr