AZ

Rubio: Hörmüz boğazının blokadası nəticəsində 10 dənizçi ölüb

İranın Hörmüz boğazını blokadaya alması fonunda azı 10 dənizçi həlak olub.

Bizim.Media “Fox News”a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

ABŞ dövlət katibinin sözlərinə görə, dənizçilər asan hədəfə çevrilirlər. Rubio əlavə edib ki, ABŞ Hörmüz boğazında ilişib qalanlara yardım göstərəcək.
 

Qeyd edək ki, son günlər Hörmüz boğazı ətrafında vəziyyət gərgin olaraq qalır. ABŞ tərəfi regionda gəmilərin təhlükəsiz hərəkətinin təmin olunması üçün addımlar atacağını bildirir.


Rubio ölən dənizçilərin hansı ölkələrin vətəndaşları olduğunu açıqlamayıb. O, yalnız onların mülki dənizçilər olduğunu və Hörmüz boğazında yaranmış vəziyyət nəticəsində həlak olduqlarını deyib.

Bizim.Media

Seçilən
0
50
bizim.media

10Mənbələr