"HammAli & Navai"nin "Devoçka-voyna" (Döyüşçü qız) mahnısının klipində rol alan aktrisa 34 yaşlı Kseniya Dobromilova motosikletin tryuklarını çəkərkən vurularaq ölümcül vəziyyətdə qalıb.
Manset.az xəbər verir ki, qəzada aktrisa çoxsaylı sınıqlar alıb. Gələn təcili yardım işçiləri onu həyata qaytarmağa çalışsalar da, Dobromilova hadisə yerində ölüb.
Qeyd edək ki, mahnının ifaçısı, reper Navai də qəza törədərək "Ferrari" avtomobilini Zubovski bulvarında səkiyə çırpıb. Reper və sərnişini xəsarət almayıblar.