
İranın Kermanşah əyalətində 5 ballıq zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, zəlzələ əyalətin Qərbi Gilan rayonunda baş verib.
Tehran Universitetinin Seysmologiya Mərkəzi zəlzələ ocağının 9 kilometr dərinlikdə yerləşdiyini bildirib.