AZ

“BioNTech” şirkəti 2000 işçisini ixtisar edəcək

Müəllif:Mehin Qasımova,Banco.az

Almaniyanın biotexnologiya şirkəti "BioNTech" ilin birinci rübü üçün maliyyə nəticələrini və yeni xərclərin azaldılması planını açıqlayıb.

Banco.az xəbər verir ki, BioNTech-in gəliri birinci rübdə 35 faiz azalaraq 118,1 milyon avroya düşüb.

Şirkət ötən ilin eyni dövründə 182,8 milyon avro gəlir əldə edib.

Şirkət həmçinin COVID-19-dan sonrakı dövrdə strateji xərclərin idarə olunması prosesinə başlayacağını açıqlayıb.

Qeyd edilib ki,şirkət  2000 işçisini ixtisar edəcək. Bunun bir hissəsi olaraq, Almaniyanın İdar-Oberşteyn, Marburq və Tübingen şəhərlərindəki istehsal müəssisələrinin 2027-ci ilin sonuna qədər bağlanması planlaşdırılır. Bundan əlavə, Sinqapurdakı istehsal müəssisəsinin gələn ilin birinci rübündə fəaliyyətini dayandırması gözlənilir. Almaniyada yalnız Maynzdakı baş ofis və Berlin və Münhendəki ofislər fəaliyyətini davam etdirəcək.

Məqsəd, 2029-cu ilə qədər tədbirləri tam şəkildə həyata keçirməklə illik təxminən 500 milyon avro qənaətinə nail olmaqdır. Şirkət Covid-19 pandemiyası zamanı və sonrasında peyvəndlərdən əldə edilən 16,8 milyard avroluq güclü nağd pul ehtiyatları ilə transformasiya prosesini maliyyələşdirməyi planlaşdırır.

"BioNTech" bildirib ki, bütün vəsait xərçəng dərmanlarının tədqiqi, inkişafı və kommersiyalaşdırılmasına sərf olunacaq. Pandemiyadan sonrakı dövrdə diqqətini bu sahəyə yönəldən şirkət, ilk xərçəng dərmanını 2026-cı ildə satışa çıxarmağı və 2030-cu ilə qədər dünyanın aparıcı xərçəng müalicəsi təminatçılarından birinə çevrilməyi hədəfləyir.

Seçilən
15
6
banco.az

10Mənbələr