AZ

Xərçəng qorxusu yalandır? — Dermatoloq illərdir inanılan mifi alt-üst etdi

Təbii tərkibli gigiyena vasitələrindən istifadə edənlər üçün gözlənilməz xəbərdarlıq edilib. Bu məhsulların dərini qoruması düşünülsə də, nəticə tamamilə fərqli ola bilər.

Xəbər verilir ki, amerikalı dermatoloq Divya Şokin "təbii" dezodorantların ən pis seçim olduğunu bildirib. Həkimin sözlərinə görə, bu məhsullar tez-tez dəridə ciddi allergik reaksiyalar yaradır.

"İş prosesində demək olar ki, hər gün təbii dezodorantların yaratdığı allergik fəsadlarla rastlaşıram. İnsanlar alüminium, paraben və ya ftalat kimi maddələrdən qaçmaq üçün bu məhsullara üstünlük verirlər. Lakin bu vasitələr bədəndə daha böyük problemlərə yol açır", - deyə mütəxəssis qeyd edib.

Dermatoloq əlavə edib ki, xoşagəlməz qoxu ilə mübarizə üçün bu vasitələrə əlavə edilən komponentlər dərini güclü şəkildə qıcıqlandırır. Məsələn, təbii dezodorantların tərkibindəki çay sodası dərinin təbii pH balansını pozur. Hindistan qozu və müxtəlif efir yağları isə kəskin allergiyaya səbəb olur.

Həkim onu da vurğulayıb ki, pasiyentlər alüminium tərkibli vasitələrin xərçəng və ya Altsheymer xəstəliyi yaratmasından qorxurlar. Lakin elmi araşdırmalar bu iddiaları təsdiqləmir. Alüminiumun ağır xəstəliklərə səbəb olması barədə heç bir sübut yoxdur.

Yəni, təbii dezodorantların tərkibindəki soda və yağlar dərini zədələyə bilər, odur ki, bu vasitələri seçərkən diqqətli olmaq lazımdır.

İsmayıl


Seçilən
15
40
azia.az

10Mənbələr