AZ

Çin 78 milyard ağac əkdi, bunun bədəlini ödəyir - Xəbərdarlıq

Çin tarixdə ən böyük ekoloji layihələrdən birini həyata keçirərək, Əlcəzair böyüklüyündə ərazidə ağaclar əkib.

Bizim.Media xəbər verir ki, bu barədə “Wirtualna Polska” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, 1980-ci illərdən bəri Çində təxminən 78 milyard yeni ağac əkilib.

Lakin Tyanjin, Utrext və Çin Kənd Təsərrüfatı universitetlərinin alimlərinin apardığı araşdırma göstərir ki, Böyük Yaşıl Sədd layihəsi ciddi yan təsirlərə səbəb olub.

Tədqiqatçıların fikrincə, kütləvi yaşıllaşdırma ölkənin şərq və şimal-qərb regionlarında su ehtiyatlarının kritik dərəcədə azalmasına gətirib çıxarıb. Bu regionlar ölkə ərazisinin 74%-ni əhatə edir.

Araşdırma müəllifləri vurğulayırlar ki, yeni meşələr evapotranspirasiya prosesini gücləndirib. Bu, torpaqdan suyun buxarlanması və bitkilər tərəfindən atmosferə buraxılması proseslərinin birgə təsiridir. Nəticədə rütubət Tibeti yaylasına doğru yönəlib və sıx əhalili şərqi Çin su çatışmazlığı ilə üzləşib. Belə ki, çəmənliklərin meşəyə çevrilməsi buxarlanmanı və yağıntını artırır, lakin eyni zamanda su balansını pisləşdirir.

Məlumatlara görə, problem daha da kəskinləşir, çünki Çinin şimalında əhalinin 46%-i yaşasa da, su ehtiyatlarının cəmi 20%-i burada yerləşir.

Alimlər nəticə olaraq vurğulayırlar ki, Çində gələcək meşəbərpa proqramları hidrologiya dövriyyəsində baş verən dəyişiklikləri nəzərə almalıdır ki, bəzi regionlar içməli su və kənd təsərrüfatı üçün resurs çatışmazlığı ilə üzləşməsin. (Axar.az)

Bizim.Media 

Seçilən
0
20
bizim.media

10Mənbələr