AZ

ABŞ ordusunda 25 ildən sonra bu təlimlər bərpa olundu - Kubaya müdaxiləyə hazırlıq?

ABŞ qoşunları Panamada cəngəllik döyüş təlimlərini 25 illik fasilədən sonra bərpa ediblər.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, cəngəllik şəraitində sağ qalma, təxliyə və patrul xidmətini əhatə edən piyadaların, dənizçilərin və dəniz piyadalarının təlimi ABŞ administrasiyasının Meksika və ya Kubada hərbi əməliyyatlar aparmağa hazırlığı barədə siqnalları fonunda yenidən əhəmiyyət kəsb edir.

Bloomberg-in məlumatına görə, ABŞ qoşunları panamalı həmkarları ilə birgə təlim keçirlər.

Daha əvvəl ABŞ Dövlət katibi və Prezidentin Milli Təhlükəsizlik müşaviri Marko Rubio ABŞ-ın Kuba ilə əlaqələrini davam etdirmək niyyətində olduğunu bildirmişdi. Rubionun sözlərinə görə, Vaşinqton "uğursuz bir dövlətin ABŞ sahillərindən 90 mil məsafədə yerləşməsi və bu ərazinin ABŞ-ın bəzi rəqibləri üçün də dost əraziyə çevrildiyi" status-kvonu qəbuledilməz hesab edir.

Musavat.com

 

Seçilən
2
35
musavat.com

10Mənbələr