AZ

ABŞ Hörmüzdə “Project Freedom” əməliyyatına fasilə verdi

ABŞ-ın Hörmüz boğazından ticarət gəmilərini müşayiət etmək üçün başlatdığı “Project Freedom” əməliyyatı müvəqqəti olaraq dayandırılıb.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Truth Social hesabında paylaşıb.

Onun Trampın sözlərinə görə, bir neçə gün əvvəl başlayan “Project Freedom” əməliyyatı, İranla danışıqlarda "əhəmiyyətli irəliləyiş" əldə edildiyi üçün "tərəflərin qarşılıqlı razılığı" ilə "qısa müddətə" dayandırılacaq:

"Biz qarşılıqlı olaraq razılığa gəldik ki, tam blokada qalacaq, lakin danışıqların başa çatıb-çatdırılmayacağı və razılaşmanın imzalanıb-imzalanmayacağı yoxlanılmaq üçün Azadlıq Layihəsi (Hörmüz boğazından gəmi tranziti) qısa müddətə dayandırılacaq".

İranın dövlət mediası bu qərarı qələbə kimi təqdim edərək, Trampın strateji əhəmiyyətli boğazdan gəmiçiliyi tam  bərpa etmək səylərində "bir sıra geriləmələrdən" sonra "geri çəkilməyə" məcbur olduğunu iddia edib.

Musavat.com

Seçilən
1
50
musavat.com

10Mənbələr