İranın Kirmanşah əyalətində 5 bal gücündə zəlzələ baş verib.
Pravda.az APA-ya istinadən xəbər verir ki bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, zəlzələ Kirmanşah əyalətinin Qərbi Gilan rayonunda baş verib.
Tehran Universiteti Seysmologiya Mərkəzi zəlzələnin 9 kilometr dərinlikdə və 5 bal gücündə olduğunu açıqlayıb.
Tarix: 6 May 2026, 07:45