Hörmüz boğazında ticarət gəmisi hücuma məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) xəbər verib.
"UKMTO Hörmüz boğazında baş verən hadisə barədə məlumat alıb. Təsdiqlənmiş mənbə bildirib ki, ticarət gəmisi naməlum mərmi ilə vurulub", - deyə bildirilib.