Vaşinqton, 6 may, AZƏRTAC
ABŞ “Azadlıq layihəsi”nin (Hörmüz boğazından gəmilərin hərəkəti) qısa müddətə dayandırmağa qərar verib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb. O qərarın Pakistanın və digər ölkələrin xahişi ilə qarşılıqlı razılıq əsasında verildiyini bildirib. O, blokadanın tam qüvvədə qalacağını əlavə edib və bu addımın iki ölkə arasında sazişin yekunlaşdırılıb imzalanacağına əmin olmaq üçün atıldığını vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton