ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmilərin müşayiətini nəzərdə tutan "Azadlıq" layihəsinin dayandırıldığını elan edib.
Ağ Ev rəhbəri bu addımı rəsmi Tehranla saziş imzalamaq imkanlarını nəzərdən keçirmək məqsədilə atdığını bildirib.
Tramp bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb:
"Gəmilərin Hörmüz boğazından keçidini təmin edən 'Azadlıq' layihəsi qısa müddətə dayandırılacaq. Bu müddət ərzində İranla sazişin yekunlaşdırılması və imzalanmasının mümkün olub-olmayacağını aydınlaşdıracağıq".
Prezident qeyd edib ki, layihənin dayandırılmasına baxmayaraq, boğazın blokadası davam etdiriləcək. Trampın sözlərinə görə, bu qərar Pakistan və digər ölkələrin müraciəti, həmçinin ABŞ-ın "böyük hərbi uğurları" və İran təmsilçiləri ilə "tam və yekun razılaşmaya nail olmaq istiqamətindəki əhəmiyyətli irəliləyiş" fonunda qəbul edilib.