AZ

“Azadlıq Layihəsi”nin dayandırılacağını açıqladı “Qarşılıqlı razılığa gəldik”

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Azadlıq Layihəsi” müvəqqəti dayandırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

O bildirib ki, ABŞ Hörmüz boğazından gəmilərin hərəkətini təmin edən əməliyyatı – “Azadlıq Layihəsi”ni müvəqqəti dayandıracaq.

Tramp bu qərarı İran nümayəndələri ilə Tam və Yekun Saziş istiqamətində böyük irəliləyiş əldə edilməsi və Pakistan daxil olmaqla, digər ölkələrin tələbləri ilə izah edib.

“Qarşılıqlı razılığa gəldik ki, blokada tam qüvvədə qalacağı halda, Saziş yekunlaşdırılıb imzalanana qədər “Azadlıq Layihəsi” qısa müddətə dayandırılsın”, - o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
36
qafqazinfo.az

10Mənbələr