AZ

Türkiyənin daha güclü və əmin addımlarla qlobal güc olmaq istəyi

ain.az, Newscenter.az portalına istinadən məlumat verir.

"SAHA 2026 silah sərgisi çərçivəsində qardaş Türkiyə Cümhuriyyəti öz hərbi-texniki, hərbi-sənaye gücünü əyani şəkildə nümayiş etdirir. Türkiyə silah sənayesinin yeniliklərini yaxından izləyən biri kimi qeyd etmək istəyirəm ki, qan qardaşlarımız sözün əsl mənasında hər dəfə bizləri təəccübləndirməyi və qürurlandırmağı bacarır".Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, bu dəfə də mənzərə tamamilə fərqli və valehedicidir:"Buna səbəb hipersəs texnologiyası əsasında istehsal olunmuş qitələrarası ballistik raket, yeni dron sistemləri, hava hücumundan müdafiə sistemləri, qanadlı və anti-tank raketləri və daha bir çox yeni nəsil texnoloji yeniliklərdir. Türkiyə daha güclü və əmin addımlarla qlobal güc olmaq istəyi əsasında öz strateji planlamasını tətbiq edən ölkədir. Təbii ki, bu uğurda vacib elementlərdən biri məhz hərbi çəkindiricilikdir. Bu mənada təqdim edilən platformalar Ankaranın qlobal arenada oyunqurucu rolunu daha da möhkəmləndirəcək. Xüsusilə, yeni istehsal olunmuş Yıldırımhan qitələrarası ballistik raketi Yaxın Şərqə güc balansına yenidən nəzər yetirməyi şərtləndirəcək".Onun sözlərinə görə, təqdimat zamanı Türkiyə Müdafiə Naziri Yaşar Gülərin lazım gələrsə anında istifadə edərik tipli açıqlaması aydındır ki, hədəf kimi məhz İsraili nəzərdə tutur:"Çünki İsrailin daxilində belə, xüsusilə, milliyətçi kəsim tərifindən ən aktual tezis sıra Türkiyənindir kimi hərbi təhdidi fonunda səsləndirilir. Lakin göründüyü qədərilə mənzərə tamamilə fərqlidir".Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
50
newscenter.az

10Mənbələr