Yaponiyada süni intellekt ilk dəfə bələdiyyə səviyyəsində qərarverməyə cəlb olunub.Metbuat.az xəbər verir ki, Yokosuka şəhər administrasiyası sənədlərin emalı və vətəndaş müraciətlərinin cavablandırılması üçün ChatGPT texnologiyasından istifadə etməyə başlayıb. Məlumata görə, bu sistem dövlət qulluqçularının iş yükünü azaltmaq və cavab müddətini sürətləndirmək məqsədi daşıyır. İlk nəticələr göstərib ki, bəzi inzibati proseslərdə vaxt 30-40% azalıb.Qeyd olunur ki, layihə pilot mərhələdə olsa da, uğurlu nəticələr əldə olunarsa digər şəhərlərdə də tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, mütəxəssislər məlumat təhlükəsizliyi və qərarların dəqiqliyi ilə bağlı ehtiyatlı yanaşmanın vacibliyini vurğulayır.