AZ

Nyukasl ın vingeri Barselona nın hədəfində 85 milyon avro vermək istəmirlər

ain.az, Sportal.az saytına istinadən bildirir.

“Barselona” Entoni Qordonla maraqlanır.

Sportal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, “Nyukasl”ın vingerini Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik və idman direktoru Deko çox yüksək qiymətləndirir.

Lakin ingilis futbolçunun Kataloniya klubuna transfer ehtimalı çox aşağıdır. Deko oyunçunun agentləri ilə görüşlərdə öyrənib ki, İngiltərə klubu onun üçün ən azı 85 milyon avro tələb edəcək. “Barselona” isə bu məbləği ödəmək istəmir, xüsusilə də hücumun sol cinahının gücləndirilməsi hazırda prioritet sayılmadığı üçün.

Qeyd edək ki, cari mövsümdə İngiltərə Premyer Liqasında Qordon 26 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
50
sportal.az

10Mənbələr