“Real”ın yarımmüdafiəçisi Aurelyen Tçuameni karyerasını İngiltərədə davam etdirə bilər.
90deqiqe.Az-ın “Fichajes"ə istinadən məlumatına görə, fransalı futbolçunun transferində “Mançester Siti” maraqlıdır. “Şəhərlilər” 26 yaşlı yarımmüdafiəçi üçün 90 milyon avro ödəməyə hazırdır.
Komandanın baş məşqçisi Xosep Qvardiola Çuamenini taktiki baxımdan ideal futbolçu hesab edir. “Real” oyunçunu yüksək qiymətləndirsə də, bu qədər böyük təklif Madrid klubunu transferi nəzərdən keçirməyə vadar edə bilər.
Tçuameni 2022-ci ildə “Monako”dan “Real”a 80 milyon avroya transfer olunub. Onun müqaviləsi 2028-ci ilin 30 iyununa qədər qüvvədədir.
Cari mövsümdə yarımmüdafiəçi Madrid klubunun heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib.