AZ

Tehran hücum iddialarını təkzib etdi

İran hərbi komandanlığı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ərazisinə raket və pilotsuz uçuş aparatları ilə hücum edilməsi iddialarını təkzib edib.

Musavat.com xəbər verir ki, Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı nümayəndəsi Ebrahim Zolfəqari Tehranın belə addım atmadığını açıqlayıb. Onun sözlərinə görə, BƏƏ bölgədə ABŞ və İsrailin əsas dayaqlarından birinə çevrilib və bu, Yaxın Şərqdə sabitliyə mənfi təsir göstərir.

Zolfəqari bildirib ki, əgər BƏƏ ərazisi İrana qarşı hücumlar üçün istifadə olunarsa, Tehran buna sarsıdıcı cavab verəcək.

Eyni zamanda qeyd olunur ki, son iki gündə BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İran tərəfindən olduğu iddia edilən zərbələri dəf edib. Məlumata görə, bu hücumlar ABŞ-ın atəşkəs rejimi elan etməsindən sonra yaranmış dörd həftəlik nisbi sakitlikdən sonra baş verib. 

 

Musavat.com

Seçilən
6
50
musavat.com

10Mənbələr