AZ

Almaniya Avropanın hərbi hegemonuna ÇEVRİLİR

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Britaniyalı tanınmış tarixçi Timoti Qarton-Eş Almaniyanın yenidən "Avropanın aparıcı hərbi dövləti" statusunu bərpa etdiyini bildirib.

Redaktor.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bu proses bir çox Avropa ölkəsində ciddi narahatlıq və diskomfort yaradır.

Müəllif qeyd edir ki, İkinci Dünya müharibəsinin başa çatmasının 81-ci ildönümündə Almaniyanın qitənin ən güclü ordusuna sahib olmaq niyyəti artıq gizli deyil. Proqnozlara görə, gələn il rəsmi Berlinin müdafiə xərcləri Fransa və Böyük Britaniyanın ümumi hərbi xərcləri ilə bərabərləşəcək, 2030-cu ilə qədər isə bu rəqəm daha da artacaq.

"Əsas sual budur: Bu dəfə Almaniyanın hərbi qüdrətinin artmasının bütün Avropa üçün müsbət bir hadisə olacağına necə təminat verə bilərik?" - deyə Qarton-Eş vurğulayıb.

Tarixçinin sözlərinə görə, Almaniyanın müdafiə sənayesindəki dominantlığı fransızları narahat edir, Polşanın sağçı dairələrində isə əsl "isteriyaya" səbəb olur. O, Almaniyanın gələcək hərbi siyasətinin həqiqətən "ümumavropa maraqlarına" xidmət edib-etməyəcəyinin hələ də qaranlıq qaldığını qeyd edib.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
redaktor.az

2Mənbələr