AZ

Partlayışda yaralanan həkim ölüb

Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı ağır yaralanan radioloq Asif Nəsirli ölüb. Bu barədə Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Hadisə aprelin 30-da saat 14:00 radələrində paytaxtın Yasamal rayonunda yerləşən tibb müəssisəsində baş verib.

Baş Prokurorluqdan bildirilib ki, ilkin araşdırmalara görə, 1988-ci il təvəllüdlü, onkoloji xəstə kimi qeydiyyatda olan Əliyev Mübariz Sahib oğlu qanunsuz əldə edib üzərində gəzdirdiyi partlayıcı qurğunu Radiologiya şöbəsində partladıb. Nəticədə o, hadisə yerində ölüb.
İstintaq məlumatına görə, partlayış nəticəsində ağır xəsarətlər alan həkim Asif Nəsirov xəstəxanaya yerləşdirilmişdi, lakin sonradan həyatını xilas etmək mümkün olmayıb.

Fakt üzrə Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələrin əldə edilməsi, saxlanması və daşınması) maddələri ilə cinayət işi başlanıb.

Hadisə yerinə baxış keçirilib, maddi sübutlar toplanıb və məhkəmə-tibbi ekspertiza təyin edilib. Hazırda partlayıcının əldə olunma mənbəyi və digər hallar üzrə istintaq tədbirləri davam edir.

Gülnar Nazimqızı

Seçilən
0
1
anews.az

10Mənbələr