AZ

53 yaşında üçüncü dəfə ana oldu

53 yaşında üçüncü dəfə ana olduMəşhur Hollivud ulduzu Kemeron Dias üçüncü dəfə ana olub.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı 53 yaşlı aktrisanın həyat yoldaşı Benci Medden instaqram hesabında açıqlayıb.

Onun sözlərinə görə, cütlüyün oğlu dünyaya gəlib və ona Nautas adını veriblər.

Lakin, Medden körpənin fotosunu paylaşmayıb.

Qeyd edək ki, Kemeron Diasla Benci Medden 2015-ci ildən evlidirlər.

Hollivud ulduzu 2019-cu ildə ilk dəfə ana olub və cütlüyün Reddiks adlı qızı doğulub. 2024-cü ilin martında isə onların ikinci övladı: Kardinal adlı oğlu dünyaya gəlib.

Seçilən
2
5
sonxeber.az

6Mənbələr