AZ

"Sabah" ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub

"Sabah" ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub.

"Far.Az"un məlumatına görə, turnirin final seriyasının üçüncü oyununda "Abşeron Lions"u üstələyən "bayquşlar" 2025/2026 mövsümünün qızıl medallarına sahib çıxıblar.

Bakı İdman Sarayında baş tutan görüş "Sabah"ın 108:95 hesablı qələbəsi ilə bitib.

Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub etmişdi - 98:93, 112:84.

Xatırladaq ki, reqlamentə əsasən, final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olur.

Seçilən
0
13
far.az

10Mənbələr