AZ

Bakıda Polşa konstitusiyasının qəbul edilməsinin 235-ci ildönümü qeyd olunub

Bakıda Polşa konstitusiyasının qəbul edilməsinin 235-ci ildönümü qeyd olunub.

Aznews.az xəbər verir ki, tədbirdə diplomatlar, ictimai xadimlər, media nümayəndələri və digər şəxslər iştirak ediblər.

Fəxri qonaq qismində isə Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev iştirak edib.

Mərasim Azərbaycan və Polşanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Ardınca Polşanın Azərbaycandakı səfiri Pavel Radomski çıxış edib.

O, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan mühüm irəliləyişləri

yüksək qiymətləndirdiyini deyib.

“Yaxın qonşuluqda müşahidə olunan gərginlikləri nəzərə alaraq, regionun sabit və firavan gələcəyinin təmin olunmasının əsas şərti kimi Azərbaycanın balanslı və sülhsevər yanaşmasını da yüksək qiymətləndiririk. Avropa İttifaqının üzvü olaraq Avropa ilə Azərbaycan arasında əməkdaşlığın daha da dinamik xarakter almasını və son dövrlərdə Bakıda həyata keçirilmiş çoxsaylı yüksək səviyyəli səfərləri məmnunluqla qarşılayırıq”, - səfir qeyd edib.

Pavel Radomski ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayıb.

Seçilən
1
2
aznews.az

5Mənbələr