AZ

Tramp bu həftə İrana qarşı əməliyyatları bərpa edə bilər



ABŞ prezidenti Donald Tramp bu həftə İrana qarşı hərbi əməliyyatların bərpasına əmr verə bilər.

Newscenter.az-ın məlumatına görə. bu barədə Axios ABŞ və İsrail rəhbərliyindəki mənbələrə istinadən xəbər verir.

Portalın məlumatına görə, ABŞ mayın 3-də İranı Hörmüz boğazında gəmilərin boğazdan təhlükəsiz keçidini təmin etmək və mümkün eskalasiya riskini azaltmaq məqsədi daşıyan "Azadlıq Layihəsi" əməliyyatının başlaması barədə gizli şəkildə məlumatlandırıb. "Axios" həmçinin Pentaqon katibi Pit Heqsetin çərşənbə axşamı ABŞ-ın Hörmüz boğazında keçirdiyi hərbi əməliyyata baxmayaraq, İranla atəşkəsin davam etdiyini bildirən sözlərini də qeyd edib.

Portal yazır ki, buna baxmayaraq, bəzi Amerika və İsrail rəsmiləri əmindirlər ki, danışıqlardakı çıxılmaz vəziyyət davam edərsə, Tramp bu həftənin sonunda müharibənin yenidən başlamasına əmr verə bilər.

Anar
Seçilən
27
50
newscenter.az

10Mənbələr