AZ

WhatsApp da YENİLİK Avatarlar ləğv ediləcək

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

"WhatsApp" tətbiqi istifadəçilər üçün avatar funksiyasını mərhələli şəkildə ləğv etməyə başlayır.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, ilk olaraq avatarların redaktəsi deaktiv ediləcək, daha sonra isə bu funksiya tamamilə tətbiqdən çıxarılacaq.

Artıq bəzi istifadəçilərə bununla bağlı bildirişlər göndərilir.

Bu qərar "Meta Platforms" şirkətinin prioritetlərində dəyişikliklə əlaqələndirilir. Bir vaxtlar "metaverse" strategiyasının bir hissəsi kimi təqdim olunan avatarlar indi əvvəlki əhəmiyyətini itirib.

Qeyd edək ki, avatarlar 2022-ci ilin sonlarında istifadəyə verilmişdi. Funksiya silinsə də, istifadəçilərin profil şəkilləri əvvəlki kimi qalacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
1
baku.ws

2Mənbələr