İranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) hücumları davam edir. Əmirliklər İran mənşəli raket və dron hücumlarına qarşı hava hücumundan müdafiə (HHM) sistemlərini işə salıb. Ölkə daxilində partlayış səsləri eşidilib və sistemlərin hücumlara aktiv şəkildə cavab verdiyi bildirilir.
BƏƏ Müdafiə Nazirliyi açıqlama yayaraq hava hücumundan müdafiə sistemlərinin hazırda İranın raket və pilotsuz təyyarə hücumlarına cavab verdiyini açıqlayıb.
Nazirlik bildirib ki, ölkənin müxtəlif yerlərində eşidilən partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin cavab reaksiyaları ilə əlaqədardır.
İran dünən Hörmüz boğazında gərginliyin artmasından sonra BƏƏ-ni hədəfə almışdı. BƏƏ Müdafiə Nazirliyi İranın BƏƏ ərazisini 12 ballistik və 3 qanadlı raket olmaqla, 15 raket və 4 dronla hədəfə aldığını, hücumlarda 3 nəfərin yüngül yaralandığını bildirib.
Tahir TAĞIYEV