ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Bakıda yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə martın 26-da, paytaxtın Nəriman Nərimanov prospektində qeydə alınıb. Belə ki, "Bentley" markalı avtomobilin sürücüsü qırmızı işığın yanmasına əhəmiyyət verməyərək hərəkətinə davam edib.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.
Fərid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.