AZ

Çindən Rusiyaya gedirdi 135 milyon manatlıq üzüklə tutuldu

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Çinin Pekin şəhərindən Rusiyanın İrkutsk şəhərinə gedən qadın hava limanında 6,3 milyard rubl (135 milyon manat) dəyərində zərgərlik məmulatı ilə yaxalanıb.

Bakupost.az Rusiya mətbuatına istinadən xəbər verir ki, gömrük əməkdaşları 48 yaşlı sərnişinin çamadanında 53 kristal və şəffaf daşlarla bəzədilmiş beş ədəd ağ qızıl üzük aşkar ediblər.

Qadına qarşı külli miqdarda strateji əhəmiyyətli malların qaçaqmalçılığı maddəsilə cinayət işi açılıb.

Onu beş ilə qədər həbs cəzası və ya bir milyon rubla qədər cərimə gözləyir.

Rüfət Sultan, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
www.bakupost.az

1Mənbələr