
İranın xarici işlər naziri Abbas Əraqçinin bu gün Çinə səfər edəcəyi bildirilib.
AFN.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, Əraqçi müxtəlif ölkələrlə aparılan diplomatik məsləhətləşmələrin davamı olaraq bu gün Çinin paytaxtı Pekinə yola düşəcək.
Səfər çərçivəsində Əraqçinin çinli həmkarı Vanq Yi ilə görüşəcəyi gözlənilir. Görüşdə Tehran və Pekin arasındakı ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq proseslər barədə fikir mübadiləsinin aparılacağı qeyd olunub.
Diplomatik mənbələr bu səfərin xüsusilə regional gərginliyin artdığı bir dövrdə strateji əhəmiyyət kəsb etdiyini vurğulayırlar. Tərəflər arasında həmçinin iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi məsələlərinin də müzakirə mövzusu olacağı gözlənilir.