AZ

Bu məşhur qubernatoru istefa və həbs gözləyir Onun yerinə isə general təyin olunacaq

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov nəinki istefaya göndərilə, həm də həbs oluna bilər.

“AzPolitika” xəbər verir ki, Qladkov bundan öncə Rusiyada internetin bağlanmasını, “Telegram”-ın bloklanmasını və “Max”-ın tətbiqini tənqid etməsilə gündəmə gəlib.

Bu barədə Rusiya mediasının Kremldəki və hakim “Vahid Rusiya”dakı mənbələrə istinadla yazdığına görə, Qladkov FSB və Müdafiə Nazirliyi də daxil olmaqla güc strukturları ilə ciddi münaqişədədir. Qeyd olunur ki, onun artıq mənimsəmə ittihamı ilə həbs olunmuş müavinləri Rüstəm Zaynullin və Vladimir Bazarov Qladkova qarşı “bəzi ifadələr veriblər".

Lakin onun hədəf seçilməsi əslində, korrupsiya deyil, tutduğu mövqe və açıqlamalarla əlaqələndirilir. Belə ki, Qladkov internetin kəsilməsindən açıq narazılığını ifadə etmiş, yerli sakinlərin Roskomnadzoru məhkəməyə verməklə bağlı müraciətini dəstəkləmiş, dövlət mesajlaşma tətbiqi “Max”-ı sakinləri dron hücumları barədə xəbərdar edə bilmədiyinə görə tənqid etmişdi. Qladkov həmçinin, həbs olunmuş müavini Zaynullini müdafiə edərək, onun "dürüst və ləyaqətlə" işlədiyini bildirmişdi.

“Vajnıye istorii” nəşrinin yazdığına görə, Prezident Administrasiyası Qladkovu qoruya bilməyəcək, çünki güc strukturları ona qarşıdır və Vladimir Putin həmişə ona şübhə ilə yanaşıb.

"FSB-dəki hər kəs Qladkova nifrət edir. Çünki o, onlar üçün böyük bir problemdir. Ona məlumat açıqlamağı qadağan ediblər, amma o, bunu açıqlayır, çünki onun fikrincə, bu, insanların həyatını xilas edir", - deyə Kremlə yaxın mənbə bildirib.

Qladkov hazırda rəsmən məzuniyyətə çıxıb. Lakin məzuniyyətin ardınca ən azı istefaya göndəriləcəyi gözlənilir.

"Vedomosti"nin məlumatına görə, istefasından sonra Qladkov Abxaziyaya səfir göndərilə, onun yerinə Şimali Qafqaz, Gürcüstan, Suriya və Ukraynada hərbi əməliyyatlarda iştirak etmiş general-mayor Aleksandr Şuvayev təyin edilə bilər.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
46
azpolitika.info

10Mənbələr