AZ

Montyorluqdan rektorluğa... Dosye

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, 63 yaşlı N.Yusifbəyli əmək fəaliyyətinə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru kimi başlayıb.

O, 1993–2001-ci illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer Xidmətində rəis, baş dispetçer, baş mühəndisin müavini, 2001–2002-ci illərdə  “Enerjinin ötürülməsi” İstehsalat Birliyinin baş direktorunun müavini vəzifələrində işləyib. 2002–2009-cu illərdə ASC-nin Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə “Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu”nun direktoru vəzifələrində çalışıb.

2012-ci ildən İqtisadiyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, Strateji planlaşdırma şöbəsinin müdiri vəzifələrini tutub.

2015-2020-ci illərdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsində çalışıb.

2021-ci ildən isə hazırkı təyinatadək isə Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru təyin olunub.

Ailəlidir, iki övladı var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
8
qafqazinfo.az

10Mənbələr