AZ

Azərbaycan taekvondoçuları Gürcüstanda 4 medal qazandılar

Azərbaycan taekvondoçuları Gürcüstanda keçirilmiş "Georgian Liga Open" turnirində 4 medal qazanıblar.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Taekvondo Federasiyası yayıb. 

Masallı taekvondo klubunun üzvlərindən kiçik yeniyetmələr arasında Ayan Əliyeva (27 kq) qızıl, Yunis Həşimli (24 kq) və Əli Əliyev (27 kq) bürünc mükafata sahib çıxıblar.

Yeniyetmələr arasında yarışda isə Zaur Rəsulzadə (45 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Seçilən
8
fanat.az

1Mənbələr