ain.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.
Sosial şəbəkələrdə təbii mayalı çörəyin təsiri ana südü ilə müqayisə edilir. Lakin mütəxəssislər bu yanaşmanın elmi baxımdan düzgün olmadığını bildirib.
Araşdırma “PLoS ONE” jurnalında dərc olunub. Tədqiqatda “Lactobacillus reuteri” adlı bakteriyanın immun sistemə və iltihabi proseslərə təsiri öyrənilib.
Alimlər bu bakteriyanın sinir sistemi vasitəsilə oksitosin hormonunun ifrazını artıraraq iltihabı azalda biləcəyini qeyd edib.Ancaq vacib məqam ondan ibarətdir ki, bu nəticələr əsasən heyvanlar üzərində aparılan təcrübələrə əsaslanır və insan orqanizmi üçün tam təsdiqlənməyib.
Bundan əlavə, qeyd olunan bakteriya hər təbii mayalı çörəkdə olmur və bişirmə prosesi zamanı mikroorqanizmlərin bir hissəsi məhv olur.
Fermentasiya prosesi çörəyin qida dəyərini artırır, fitin turşusunu azaldır və mineralların mənimsənilməsini yaxşılaşdırır. Bu səbəbdən təbii mayalı çörək həzm sistemi üçün daha uyğun alternativ sayılır.Nəticə olaraq, bu çörək növü nə ana südü kimi immuniteti qoruyan vasitə, nə də müalicə üsuludur. Bu, sadəcə daha təbii və nisbətən faydalı qida seçimidir.
Saglamolun.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.