AZ

Azərbaycanla sərhəddə arı hücumu 800 dən çox qoyun tələf oldu

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin Azərbaycanla sərhəddə yerləşən İğdır vilayətində arı hücumu nəticəsində 816 qoyun tələf olub. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Qeyd olunub ki, arıların hücumu zamanı beş nəfər yaralanıb.

Hadisə mayın 3-də baş verib. Hakmehmet və Ağaver kəndləri arasındakı yaylaya doğru gedən 4000 qoyun-quzu 200 arı pətəyinin olduğu ərazidən keçərkən arıların hücumuna məruz qalıb. Qorxudan qaçan qoyun və quzular suvarma kanalının altındakı boşluğa düşərək bir-birini tapdalayıblar. Nəticədə onların bəziləri tapdanaraq, bəziləri də arı sancmasından tələf olublar. 

Seymur Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
unikal.az

7Mənbələr