AZ

Azərbaycanlı müğənni "Met Qala"ya getsəydi... - FOTO

“Metropolitan Museum of Art”da baş tutan “Met Gala 2026” ənənəvi olaraq maraqlı obrazlarla yadda qalıb.

Ölkə.Az xəbər verir ki, hər il olduğu kimi dünya ulduzları, dizaynerləri və sənət nümayəndələrini maraqlı obrazları ilə qırmızı xalçanı bəzəyiblər.

Azərbaycanlı müğənni Murad Arif də hazırda gündəmdə olan “Met Gala” ilə bağlı süni intellektlə özünün obrazlarını hazırlayıb.

“Hİtmaker” “Met Gala” obrazlarıyla qarşınızda”, - deyə o yazıb.

Qeyd edək ki, "Met Gala" dünyada ən məşhur moda tədbirlərindən biridir. Hər il ABŞ-ın New York şəhərində, "Metropolitan Museum of Art" muzeyində keçirilir. Həmxeyriyyə gecəsidir, həm də moda dünyasının ən böyük qırmızı xalça tədbirlərindən biridir. Toplanan pullar muzeyin "Costume Institute" (geyim və moda bölməsi) üçün ayrılır.

Hər ilin öz mövzusu (theme) olur və qonaqlar həmin mövzuya uyğun bəzən çox qeyri-adi geyimlər geyinirlər. Ona görə də sosial şəbəkələrdə çox müzakirə olunur.

Billurə

Seçilən
21
12
olke.az

10Mənbələr